Bu, sağlamlıq, uzunömürlülük, pəhriz xüsusiyyətləri, xüsusi qabiliyyətlər, mənşə və dərman qəbuluna reaksiyaların əsasında duran minlərlə geni təhlil etməyə imkan verən kompleks genetik testdir. Əldə edilmiş DNT profili mütəxəssislərə xəstəliklərin profilaktikası, pəhriz və həyat tərzi üzrə tövsiyələri fərdi qaydada hazırlamağa, eləcə də şəxsin mənşəyini öyrənməyə imkan verir.
Bizim mənşəyimiz, sağlamlıq vəziyyətimiz və gələcək risklər haqqında məlumat genlərdə əks olunub. Bu, bizim genetik pasportumuzdur. O, bizə təbiət tərəfindən bəxş olunub və oxuna bilir.
Genlərdə orqanizmdə biokimyəvi proseslərə birbaşa təsir edən müəyyən zülalların strukturu haqqında məlumat var. Genlərdəki mutasiyalar zülalların strukturunu dəyişə və fiziki göstəricilərə təsir edə bilər.
Genlər bədən hüceyrələrində minlərlə mürəkkəb mexanizmləri idarə edir. Onlar bizim xarici görünüşümüzü, sağlamlıq göstəricilərimizi, məhsul və dərman dözümsüzlüyünü müəyyən edir.
İnsanın hər bir hüceyrəsində 23 xromosom cütü var. Hər bir cütdə bir xromosom uşağa anadan, digəri isə – atadan keçir. Valideynlərimizdən bizə keçən genlərdəki mutasiyalar bizim əcdadlarımızın tarixindən bəhs edir və xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Xəstəliklərin profilaktikasını vaxtında aparmaq, məhsul və dərmanlardan əlavə təsirlərin qarşısını almaq üçün genlərinizin işi haqqında məlumatlı olmaq çox vacibdir.
DNT testi mənşəyi müəyyən edir və sizin genomunuzda hansı xalqların iz qoyduğunu göstərir. O, özünüzü və tarixinizi daha yaxşı anlamaq, qədim və müasir qohumlarınız haqqında daha çox bilmək üçün lazımdır.
Əksər insanlar çox zaman bir birindən uzaq yaşayan bir neçə xalqların nümayəndəsidir. Xromosom sahələrinin müxtəlif xalqların tipik nümayəndələrinin DNT-si ilə müqayisəsi sizin etnik tərkibinizi qiymətləndirməyə imkan verir. DNT test sizin 87 populyasiyadan hər birinə nə qədər aid olduğunuzu göstərir.
DNT testinin köməyi ilə iki insanın qohumluq dərəcəsinin təyin olunmasının unikal ehtimalı var. Əsas vəzifə – ümumi əcdaddan qalmış xromosom sahələrinin tapılmasından ibarətdir. İki insanda bu sahələr nə qədər çox olarsa, onları ümumi əcdaddan bir o qədər az nəsil ayırır. Biz 50 % DNT-mizi atamızdan, qalan 50 %-ni isə – anamızdan almışıq, onları da öz növbəsində nənə və babamalarımızdan alıblar. Əmi (xala, bibi, dayı) uşaqlarımızın bizimlə 12,5 % uyğunluğu var. Qohumların axtarışında iştirak etməyə razılıq verərək, siz hətta 10-cu nəsilə qədər qohumlarıınızı tapa biləcəksiniz. Müştərilərimizin 90 %-dən çoxu ən azı bir qohumunu tapır.
Biz yalnız kişilərdə olan və atadan oğula ötürülən Y-xromosomda 2600 genetik marker və anadan uşaqlara ötürülən 830 mitoxondrial DNT tədqiq edirik. Bu, bizə Afrikadan bütün müasir insanların əcdadlarının çıxmasına qədər ana və ata xətti üzrə əcdadların miqrasiyası yolunu yüksək dəqiqliklə izləməyə imkan verir. Y-xromosom və mitoxondrial DNT-nin analizi sizin ata və ana xətti ilə məşhur insanlarla ümumi əcdadların olub-olmamasını qiymətləndirir.
Min illər əvvəl əcdadlarımız nəsli kəsilmiş qədim insanlar qrupu – neandertallarla eyni ərazidə yaşayırdılar. DNT testi neandertallardan nə qədər genetik mutasiya miras aldığınızı göstərir.
Min illər əvvəl əcdadlarımız nəsli kəsilmiş qədim insanlar qrupu – neandertallarla eyni ərazidə yaşayırdılar. DNT testi neandertallardan nə qədər genetik mutasiya miras aldığınızı göstərir.
Cavanlıqda bizə elə gəlir ki, bizim orqanizmiz hələ uzun müddət güclü və sağlam qalacaq.
Lakin bir çox ciddi xəstəliklər istədiyimizdən daha tez rast gəlinir. Bununla yanaşı, ürək-damar və onkoloji xəstəliklər hətta gənc yaşlarda yarana bilər. Xəstəliklərin genetik riskinin təyini – sağlam həyat tərzinin ayrılmaz hissəsidir.
Bəzi xəstəliklər üçün genetika həlledici rol oynayır, digərləri üçün yalnız xarici amillərin təsiri altında təzahür edir. Yalnız genetik xəstəliklərin skrininqi deyil, həm də multi amilli xəstəliklərin inkişaf ehtimalının qiymətləndirilməsi onların profilaktikası və müalicəsinə əhəmiyyətli dərəcədə kömək edə bilər.
DNT testi sizdə hansı xəstəliklərə qarşı daha çox irsi meyilliyin olduğunu öyrənməyə imkan verəcək. Bu məlumata əsaslanaraq, həkim fərdi diaqnostika proqramını (qan analizləri və ya sadə funksional müayinələr) hazırlayacaq və əvvəlcədən bu xəstəliklərin qarşısının alınması üçün tədbirlər görəcəkdir.
DNT testi orqanizmin vitaminlərə və mikroelementlərə fərdi tələbatını müəyyən edir. Siz süd, alkoqol və qlüten kimi məhsulların fərdi dözümsüzlüyü haqqında öyrənə bilərsiniz. Bu məlumat qarşısınızda hansı məqsədi qoyduğunuzdan asılı olmayaraq – çəkinin azaldılması, əzələ kütləsinin yığılması və ya balanslaşdırılmış qidalanma – balanslaşdırılmış qidalanma planının tərtib olunmasının əsasıdır.
Effektiv məşq proqramını bir çox amillərin (o cümlədən genetik) analizi olmadan təyin etmək mümkün deyil. Bəzi insanlar öz çəkisini azalda bilir, bəziləri isə kökəlməyə meyillidir. Bıziləri mürəkkəb çalışmaları asanlıqla yerinə yetirir, digərləri isə hətta mümkün olmadığı yerlərdə travmalar alır. Testi keçdikdən sonra siz məşqlər proqramı vasitəsilə çalışmaları evdə yerinə yetirə və ya yardım üçün həkimə müraciət edə bilərsiniz.
Genlər üç prosesə təsir edir: dərmanların orqanizmdə mənimsənilməsi, çıxarılması və aktivliyi. Eyni preparat bəzi insanlarda əlavə təsirlərə gətirib çıxara bilər, bəziləri üçün isə təhlükəsiz və effektivdir. DNT testi 150 preparatın effektivliyini və əlavə təsirləri müəyyən etməyə imkan verəcək.
Genetik.az Genotek şirkətinin Azərbaycanda rəsmi numayəndəsidir
Genotek – yüksək texnoloji tibbi şirkətdir. Biz personal və tibbi genetika sahəsində xidmətlər göstəririk. Bizim missiyamız – müştərilərə onların həyat keyfiyyətini artıracaq genetik informasiyanı əlçatan etməkdir.
DNT testini seçin və genetik.az saytında sifariş verin. Sifarişdən sonra menecer DNT testinin verilməsi üçün nümunənin çatdırılmasının vaxtı və tarixini razılaşdıracaq. Bakı şəhərinin bütün rayonlarına çatdırırıq. Siz həmçinin DNT testini əvvəlcədən yazılmadan istənilən iş günü bizim Bakı şəhərindəki mərkəzimizdə verə bilərsiniz. Suallarınız yaranarsa, aşağıdakı nömrə ilə əlaqə saxlayın: +994 55 2040550
Kuryer DNT testini sizin evinizə gətirəcək
Siz biomaterialı istənilən vaxt toplaya bilərsiniz – xüsusi konservant biomaterialı otaq temperaturunda bir neçə həftə ərzində mühafizə edir. Biomaterialı topladıqdan sonra onu sınaq şüşəsində laboratoriyaya çatdırmaq üçün kuryer çağırın.
Laboratoriyada analiz. Mütəxəssislər sizin nümunənizdən DNT-ni götürüb onu oxuyacaqlar. Əvvəlki məlumatlar və DNT testinin nəticələri sizin şəxsi kabinetinizdə əlçatan olacaq. Analiz mərhələlərinin keçməsi haqqında biz sizi SMS vasitəsilə və elektron poçtla xəbərdar edəcəyik.
Nəticə hazırdır! Biz elmi ixtiralırı izləyir və müştərilərimizn DNT test nəticələrini müntəzəm olaraq yeni elmi məlumatlarla yeniləyirik – bu pulsuzdur! DNT testinin nəticələrini həkiminiz və yaxınlarınızla müzakirə edin. Siz həmçinin “Genotek” şirkətinin və tərəfdaş klinikaların həkim – ekspertlərinin konsultasiyasını ala bilərsiniz.
DNT analiz nəticəsinin demo versiyası: DEMO
Ətraflı məlumat